Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Parlamenti Ukraynanı tezliklə NATO-ya qəbul etməyi xahiş edib

Avropa Parlamenti Ukraynanı tezliklə NATO-ya qəbul etməyi xahiş edib

DÜNYA

283

15.06.2023, 20:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropa Parlamenti Ukraynanı dəstəkləyən qətnamə qəbul edib və bu qətnamədə digər məsələlərlə yanaşı, NATO-nu müharibə başa çatdıqdan sonra Ukraynanın alyansa qəbulu prosesinə başlamağa və onu qısa müddətdə həyata keçirməyə çağıran bənd var.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə BBC məlumat yayıb.


Sənəddə deyilir ki, Ukrayna tamhüquqlu üzvlük əldə etməzdən əvvəl onun müttəfiqləri: Aİ, NATO və digər tərəfdaşlar Kiyevlə birlikdə müharibədən dərhal sonra həyata keçirilməli olan müvəqqəti təhlükəsizliyə zəmanət mexanizmi yaratmalıdırlar.

 

Qətnamənin lehinə 425 deputat, əleyhinə 38, bitərəf 42 deputat səs verib.

 

Avropa Parlamentinin deputatları həmçinin ümidvar olduqlarını bildiriblər ki, Avropa Komissiyası yaxın vaxtlarda Ukraynanın namizəd ölkələr üçün nəzərdə tutulmuş yeddi tövsiyəni yerinə yetirməsinə müsbət rəy verəcək və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu il başlaya bilər.

 

Tərcümə:Aynurə Məcidova