Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıyıb

Daha bir ölkə Qolodomoru soyqırım kimi tanıyıb

DÜNYA

236

15.06.2023, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, iyunun 15-də Xorvatiya hökuməti ölkə parlamentinin Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınması təşəbbüsünü dəstəkləyib.


Oxu24.com xəbər  verir  ki,"Biz Xorvatiya parlamentində partiyaların irəli sürdüyü təşəbbüsü dəstəkləyirik", - o, hökumət iclasının açıq hissəsində vurğulayıb.

 

Xorvatiya Xarici İşlər Nazirliyinin dövlət katibi Zdenko Luçiç bildirib ki, təklif olunan bəyannamə ilə ölkə parlamenti Qolodomoru 1932-1933-cü illərdə Ukraynada kommunist Stalinist rejimi tərəfindən qəsdən təşkil edilmiş məcburi aclıq kimi təyin edir.

 

Luçiç əlavə edib ki, Qolodomor Ukrayna xalqına qarşı cinayətdir.

 

 

Tərcümə: Miri Məcidli