Qaynar xətt:

(+99450) 247 90 86

İranda tanınmış din xadimini öldürən şəxs  edam cəzasına məhkum edilib

İranda tanınmış din xadimini öldürən şəxs  edam cəzasına məhkum edilib

DÜNYA

406

13.06.2023, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranda Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaninin ölümü ilə nəticələnən silahlı hücumun günahkarı edam cəzasına məhkum edilib.

 

Oxu24.com xəbər verir  ki,İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Mazenderan Məhkəmə Sisteminin sədri Hüccətülislam Əkbəri, Ekspertlər Məclisinin üzvü Süleymaniyə qarşı hücumla bağlı iş üzrə hökmün açıqlandığını bildirib.

 

Hücumun faili kimi mühakimə olunan müttəhimin məhkəmədə "qəsdən adam öldürmə" maddəsi ilə qisas cəzasına məhkum edildiyini qeyd edən Əkbəri təqsirləndirilən şəxsin kimliyini açıqlamayıb.

 

İranda ölkə liderini seçən, nəzarət edən və vəzifədən azad edən qurum kimi tanınan Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Mazenderan əyalətinin Babulser şəhərində silahlı hücum nəticəsində həlak olub.

 

Tərcümə: Nigar