Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90870
az

Sudanda həyatını itirən mülki vətəndaşların sayı 958-ə çatıb

18:2913 İyun, 2023
53
DÜNYA
  • A

Aprelin ortalarından bəri Sudanda ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalarda 958 mülki vətəndaşın öldüyü açıqlanıb.

 

Sudan Həkimlər Sindikatı iki hərbi qüvvənin 59 gündür davamlı qarşıdurmada olduğuna diqqət çəkir.

Oxu24.com xəbər  verir   ki,birlikdən verilən açıqlamada aprelin 15-dən bu yana davam edən qarşıdurmalarda 958 mülki şəxsin həyatını itirdiyi, 4746 nəfərin yaralandığı bildirilib.

 

Ölkənin qərbində Çadla sərhəddə yerləşən Cuneyne şəhərində yaşanan humanitar böhrana toxunan birlik, qarşıdurmaların uşaq, qadın və qoca da daxil olmaqla çox sayda mülki şəxsin ölümü ilə nəticələndiyini açıqlayıb.

 

Qərbi Darfur əyalətinin Cuneyne bölgəsindəki vəziyyəti "fəlakətli və indiyə qədərki ən pis" olaraq xarakterizə edən birlik, xəstəxanaların işləmədiyi və əlaqənin kəsildiyi üçün şəhərdə qurbanların dəqiq sayını müəyyən etməyin mümkün olmadığını qeyd etdi.


Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhdid hesab etdiyi Çevik Dəstək Qüvvələrinin (HDK) 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.

HDK-nın mülki hökumətdən təxminən 10 il sonra bunu qəbul edə biləcəyini bəyan etməsi ilə başlayan söz savaşı və gərginlik aprel səhəri paytaxt Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrildi. 

Sudan böhranı ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanının başlatdığı danışıqlar nəticəsiz qalıb və atəşkəs qərarları dəfələrlə ləğv edilib.

Sudan Suverenlik Şurasının sədr müavini Malik Ağar, iki həftə ərzində ordu komandanı general Əbdülfəttah əl-Burhan və HDK komandanı Muhammed Hamdan Dagalu arasında görüş keçirmək üçün vasitəçilərlə razılaşdıqlarını, görüşdə atəşkəs və humanitar yardım məsələlərinin müzakirə ediləcəyini açıqladı. .

 

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı
Türkiyədə FETÖ-nün 544 üzvü saxlanıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı