Qaynar xətt:

(+99450) 247 90 86

Şimali Koreya  saxta axtarış sistemi yaradıb

Şimali Koreya  saxta axtarış sistemi yaradıb

DÜNYA

341

13.06.2023, 17:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Koreya Cənubi Koreyalı istifadəçilərin məlumatlarını oğurlamaq üçün ölkənin ən çox istifadə edilən axtarış sistemi və internet portalı olan Naver-in surətini çıxarıb.

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir   ki,cənubi Koreya Milli Kəşfiyyat İdarəsi  Şimali Koreyanın Naver-ə bənzər axtarış sistemi qurduğunu açıqlayıb.

 

NİS açıqlamasında Kuzeyin axtarış sistemi vasitəsilə Güneyli istifadəçilərin parol və istifadəçi adlarını oğurlayaraq şəxsi məlumatlarına daxil olmağı hədəflədiyinə diqqət çəkib.

 

Kuzeyin kiber fırıldaqçılıq etməyə çalışdığını vurğulayan NİS, Naver ana səhifəsinin sinxron xəbərlər bölməsi də daxil olmaqla bütün bölmələrinin tam olaraq kopyalandığını bildirib.

 

NİS saytlara daxil olarkən daha diqqətli olmaları barədə xəbərdarlıq edib və onların saxta olduğu aşkar edilərsə, sayta girişi kəsəcəklərini bildiriblər.

 

Cənubi Koreyada ən çox istifadə edilən internet saytlarından biri olan Naver portalı xəritələr, onlayn ödəniş sistemləri, blog və söhbət saytları kimi müxtəlif sahələrdə xidmətlər təqdim edir.

 

Tərcümə: Miri Məcidli