Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə Suriyada onlarla terrorçunu məhv edib

Türkiyə Suriyada onlarla terrorçunu məhv edib

DÜNYA

264

14.06.2023, 16:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Tell-Rifat və Mənbic bölgələrində terrorçuların hədəflərinə endirdiyi zərbələr nəticəsində 41 yaraqlı zərərsizləşdirilib.

 

Oxu24.com xəbər  verir  ki,Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyənin Kilis əyalətinin Suriya ilə həmsərhəd Oncupinar bölgəsində Türkiyə hərbçilərinin mövqelərinə raket zərbələri endirilməsinə cavab olaraq artilleriya və pilotsuz təyyarələrdən zərbələr endirilib.

 

Qərargahlar, sığınacaqlar və terrorçuların yerləşdiyi yerlər məhv edilmə hədəflərinin sayına daxil edilib.

 

Türkiyə Silahlı Qüvvələri yerli sursatlardan istifadə edib.

 

Suriyanın şimalında ötən həftənin sonundan bu yana məhv edilən YPG/PKK terrorçularının ümumi sayı 53-ə çatıb.

 

Tərcümə: Aynurə Məcidova