Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90851
az

NATO-nun yeni baş katibi kim olacaq?

16:0813 İyun, 2023
47
DÜNYA
  • A

NATO-nun baş katibi olmağa namizəd tapılmır.

 

Oxu24.com xəbər verir  ki,Britaniyanın "Financial Times" qəzeti yazır ki, NATO-ya üzv ölkələr NATO-nun baş katibi Yens Stoltenberqin xələfinin namizədliyi ilə bağlı razılığa gəlməkdə çətinlik çəkdiyi üçün onun səlahiyyət müddətini uzatmaq variantına meyl edirlər.

 

Qəzet qeyd edib ki, alyansın 31 üzvünün hamısını qane edəcək namizədin tapılmasının çətinliyi o deməkdir ki, Stoltenberqdən mandatını dördüncü dəfə uzatmağı xahiş etmək ehtimalı qərarın qəbulunu gələn ilə qədər təxirə salan qısamüddətli kompromis olacaq.

 

ABŞ NATO-da ən mühüm güc olsa da, amerikalı hərbi komandan həmişə alyansın baş komandanı olsa da, baş katib həmişə Avropaya üzv olan ölkənin nümayəndəsi olub.

 

Stoltenberqin səlahiyyət müddətinin uzadılması qərarı Danimarkanın baş naziri Mette Frederiksen və İngiltərə müdafiə naziri Ben Uollesin namizədliklərinin yekdil dəstək almamasından sonra verilib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi
Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi
İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA