Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90850
az

Ərdoğan: Paşinyan geri addım atmadı

16:1214 İyun, 2023
76
DÜNYA
  • A

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidentinin andiçmə mərasimi üçün Ankaraya gəldiyinə görə Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib.

 

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir   ki,Türkiyə lideri Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində Ermənistanın müəyyən konstruktiv mövqeyi ilə bağlı sualı  cavablandırıb.

Ərdoğan Paşinyanın Ankaraya səfərini “vacib addım” adlandırıb.

“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalifət əhval-ruhiyyəsini dəf etdi. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə gəlişimlə əlaqədar minnətdarlığımı bildirdim”, - deyə prezident bildirib.

 

Prezident Ərdoğan Ermənistan baş nazirinin Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin ərazi bütövlüyünün tanınması ilə bağlı dediklərini də “vacib” adlandırıb. “Lakin, bayaq dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox, çox vacib bir məqamdır. Bu günə qədər Paşinyan geri addım atmayıb”, - deyə Ərdoğan bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı
Tatarıstanda Ukrayna PUA-sı vurulub

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu