Ukrayna ordusu Çeçenistan lideri Ramzan Kadırovun silahdaşının məhv edildiyini bildirib.
Xarici medianın xəbərinə görə, Qeyd olunur ki, Adam Delimxanov “kadırovçular”la Zaporojye vilayətində olub.
Bu barədə jurnalist, siyasi ekspert, Ukrayna Silahlı Qüvvələrinin könüllüsü Kirill Sazonov “Facebook”da bildirib.
Bununla belə, Rusiya tərəfi Adam Delimxanovun Ukraynada yaralandığını iddia edir.
Çeçenistan rəhbəri Ramzan Kadırov isə bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat zonasında yaralanan Dövlət Dumasının deputatı Adam Delimxanovla əlaqə saxlaya bilməyib. Siyasətçi müvafiq postu özünün Telegram kanalında yerləşdirib.
“Mən özüm Adəm Dəlimxanovu heç bir şəkildə tapa bilmirəm. O, əlaqə saxlamır”, – Kadırov yazıb.
Bundan əvvəl “Zvezda” telekanalı özünün Telegram kanalında Dəlimxanovun xüsusi əməliyyat zonasında yaralandığını bildirmişdi. Bu barədə telekanala Rusiya parlamentinin aşağı palatasının mətbuat xidmətindəki mənbədən məlumat verildiyi bildirilir.
Oxu24.com
ŞƏRHLƏR