Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət Duması Putinin əmrindən sonra PMC-ləri qanuniləşdirəcək

Dövlət Duması Putinin əmrindən sonra PMC-ləri qanuniləşdirəcək

DÜNYA

267

13.06.2023, 10:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putinin tələbindən sonra özəl hərbi şirkətlər Rusiya qanunvericiliyinə daxil ediləcək.

 

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,parlamentin aşağı palatasının müdafiə komitəsinin sədri Andrey Kartapolov bildirib ki, Dövlət Duması artıq PMC-lərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamağa başlayıb.


"NVO zonasında PMC tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı çox şey artıq həll edilib. Lakin hələ də əsas müddəaları müəyyən etmək lazımdır: PMC nədir, onlar hansı rol oynayırlar və hüquqi quruluşumuzda hansı yeri tuturlar,"- deyə Kartapolov bildirib.

 

Deputat yaxın vaxtlarda variantlar təklif edəcəyinə söz versə də, “leqallaşmadan söhbət getmir” deyə vurğulayıb. “Söhbət onların qanunvericiliyə uyğun olaraq hüquqi statusunun formalaşdırılmasından gedir”, - deyə o izah edib.

 

Bir gün əvvəl Putin PMC-lərin statusunun qanuniləşdirilməsinin vacibliyini açıqladı. "Mən Dövlət Dumasının deputatlarından və Müdafiə Nazirliyindən xahiş etdim ki, hər şeyi sağlam düşüncəyə, formalaşmış təcrübəyə və qanuna uyğunlaşdırsınlar", - prezident hərbi komandirlərlə görüşündə deyib.

 

Tərcümə: Nigar