Qaynar xətt:

(+99450) 247 90 86

Toy faciəyə çevrildi: 10 nəfər həyatını itirdi

Toy faciəyə çevrildi: 10 nəfər həyatını itirdi

DÜNYA

419

12.06.2023, 14:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avstraliyada son illərin ən ölümcül avtomobil qəzasında 10 nəfər ölüb. Belə ki, Yeni Cənubi Uels ştatında avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 11 nəfər yaralanıb.

OXU24.COM  xəbər verir ki, Avstraliya mətbuatının polis orqanlarına əsaslanan xəbərinə görə, toya qayıdanları daşıyan avtobus Yeni Cənubi Uels əyalətində dairəvi yolda qəzaya uğrayıb.

Yaralıların ətraf xəstəxanalara aparıldığını qeyd edən səlahiyyətlilər, ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər. 39 sərnişini olan avtobusun sürücüsünün də yaralandığını qeyd edən səlahiyyətlilər, qəza ilə bağlı araşdırmalara başlanıldığını bildiriblər.

Sözügedən qəza Avstraliyada uzun illər ərzində ən ölümcül qəza kimi qeydə alınıb.