Qaynar xətt:

(+99450) 247 90 86

NATO tarixinin ən böyük hərbi təliminə başlayıb

NATO tarixinin ən böyük hərbi təliminə başlayıb

DÜNYA

281

12.06.2023, 13:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO Almaniyada hərbi-siyasi blok tarixində Air Defender 23 adlı ən böyük hava təliminə başlayıb.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə   Bloomberg açıqlama yayıb.

 

Təlimlər iyunun 12-dən 23-dək Almaniyadakı dörd, həmçinin Hollandiya və Çexiyadakı iki aviabazada keçiriləcək.

 

Manevrlərə 20-dən çox ölkə qatılacaq, 10 min hərbçi və F-35-lər də daxil olmaqla 250-yə yaxın təyyarə iştirak edəcək.

 

Bloomberg vurğulayır ki, Almaniyanın səması təxminən iki həftə ərzində "hərbi təyyarələrlə dolacaq" və təlimlər həm də alyansın gücünü nümayiş etdirməlidir.

 

Təlim zonaları sərnişin hava nəqliyyatı üçün bağlanacaq ki, bu da aviaşirkətləri marşrutları tənzimləməyə məcbur edəcək.

 

“France 24” xəbər verir ki, təlimlərdə NATO üzvü olan ölkələrlə yanaşı, alyansın tərəfdaşları olan Yaponiya və İsveç də iştirak edəcək.

 

Tərcümə: Miri Məcidli