Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya tərəfindən ələ keçirilən Ukrayna şəhərlərində güclü partlayışlar olub

Rusiya tərəfindən ələ keçirilən Ukrayna şəhərlərində güclü partlayışlar olub

DÜNYA

333

12.06.2023, 12:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynada gərginlik davam edir.

 

Oxu24.com Ukrayna KİV-inə istinadən  xəbər verir ki, bazar ertəsi, iyunun 12-nə keçən gecə Rusiya hərbçiləri tərəfindən ələ keçirilən Melitopolda (Zaporojye vilayəti) partlayışlar baş verib.

 

Partlayış gecə yarısı şəhərdə eşidilib. “Atəş” partizan hərəkatının nümayəndələri partlayışın çox güclü olduğunu, hava hücumundan müdafiə üçün xarakterik deyil, “gəliş” olduğunu iddia edirlər.

 

İlk partlayışdan sonra daha bir partlayış olub.

 

Şəhərdəki partlayışları Ukraynanın Mariupol merinin müşaviri Petr Andryuşenko öz Teleqramında təsdiqləyib.

 

Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Tokmak şəhərində də güclü partlayışlar olduğu barədə məlumatlar var. İlkin məlumata görə, Rusiya qüvvələrinin yerləşdiyi yerdə zərbələr endirilib.

 

Tokmok və Melitopolda partlayışlar barədə məlumatı Zaporojye vilayətinin  “administrasiyasının” nümayəndəsi Vladimir Roqov təsdiqləyib. 

 

Tərcümə: Nigar