Qaynar xətt:

(+99450) 247 90 86

Kim Çen İnn Putinə dəstək telegramı göndərdi

Kim Çen İnn Putinə dəstək telegramı göndərdi

DÜNYA

365

12.06.2023, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

KXDR imperialistlərə qarşı öz suverenliyini və gələcəyini müdafiə edən Rusiya xalqına tam dəstəyini və həmrəyliyini bildirir, firavanlıq və qələbə arzulayır.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın Rusiya prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə göndərdiyi təbrik teleqramında deyilir.


Teleqramda Kim Çen In Rusiya xalqına tam dəstək və həmrəy olduğunu, strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

 

"Mətanətli və müdrik rus xalqı geniş bir ərazidə dərin kök salmış, uzun illər qürurlu tarix və mədəniyyət yaratmış, qüdrətli dövlətin ləyaqətini və heyranedici görkəmini nümayiş etdirərək izzətlə körüklənən inkişaf yolu keçmişdir.",-deyə təbrik telegramında qeyd  edilib.

 

Tərcümə: Miri Məcidli