Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Odessaya “Şahedlər”lə hücum etdi

Rusiya Odessaya “Şahedlər”lə hücum etdi

DÜNYA

310

10.06.2023, 23:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya “Şahed” pilotsuz təyyarələrinin köməyi ilə gecə saatlarında Ukraynanın Odessa vilayətinə hücum edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Odessa Vilayət Hərbi Administrasiyası yanında İctimai Şuranın rəhbəri Sergey Bratçuk məlumat verib.

 

Onun sözlərinə görə, Odessa üzərində səkkiz pilotsuz təyyarə məhv edilib.

 

Onlardan birinin qalıqları çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb və nəticədə yanğın baş verib.

 

Nəticədə 3 nəfər ölüb, 26 nəfər yaralanıb.

 

Həmçinin Odessa vilayətində pilotsuz təyyarələrdən birinin dəniz sahilinə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

 

Tərcümə: Miri Məcidli