Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90687
az

İlham Əliyev Belarus Prezidentinə məktub ünvanlayıb

20:2610 İyun, 2023
161
DÜNYA
  • A
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Sizi və Sizin simanızda dost Belarus xalqını Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd etmək istərdim. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur. Siz Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə vermisiniz. Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəkdir. Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bakıda 15 yaşlı oğlan     itkin         düşdü