Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Suriyaya yardım apardı

Rusiya Suriyaya yardım apardı

DÜNYA

306

10.06.2023, 10:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya idarələrarası nümayəndə heyəti Suriyada 50-dən çox humanitar aksiya keçirib, bu aksiyalar zamanı ölkəyə 260 tona yaxın humanitar yük daşınıb.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Bundan əvvəl İranın regionda ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah tədarük etdiyi bildirilirdi.

 

Qeyd olunur ki, İran tərəfi Suriyaya döyüş sursatı, atıcı silahlar və pilotsuz təyyarələr ötürüb. Eyni zamanda, belə tədarüklər barədə məlumatı İsrail Silahlı Qüvvələrinin nümayəndəsi də təsdiqləyib.

 

Bundan əvvəl xəbər verilmişdi ki, Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Qurinov fevralın 26-da BƏƏ-dən Suriyaya altı yük təyyarəsinin gəldiyini, onlardan üçü Rusiyanın Xmeymimində olduğunu bildirib. 

 

Tərcümə: Aynurə Məcidova