Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90657
az

Rusiya bu şəhəri vurdu: Ölənlər var

09:2910 İyun, 2023
90
  • A

Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Bu barədə Oxu24.com  Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

"50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb", - açıqlamada bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.

UNİAN isə hücum zamanı 12 nəfərin yaralandığını xəbər verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakan Fidana yeni müavinlər təyin olunub
Moldovada prezident seçkilərinin vaxtı məlum oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi