Qaynar xətt:

(+99450) 247 90 86

Kanadada başlayan yanğının tüstüsü ABŞ-a çatdı

Kanadada başlayan yanğının tüstüsü ABŞ-a çatdı

DÜNYA

303

10.06.2023, 09:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada meşə yanğınlarının tüstüsü ABŞ-ın cənub ştatlarına doğru gedir
 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,hava keyfiyyətinin aşağı səviyyəsinin sağlamlıq üçün təhlükəli olan 300 səviyyəsinə çatdığı Nyu Yorkda son iki gündə bu gündən etibarən göstəricilər ilk dəfə 54-ə enib.

Tüstü indi Missuri və Kentukkiyə təsir etməyə başlayır

İndi tüstü ABŞ-ın Missuri və Kentukki kimi cənub ştatlarında, xüsusən St. Sent-Luis və Lousvil kimi böyük şəhərlərinə təsir edir.

Milli Meteoroloji Xidmətin açıqlamasında bildirilir ki, küləklər tüstünün şimal-şərq, orta Atlantika, Ohayo Vadisi və ABŞ-ın orta qərb hissələrinə daşınmağa davam edəcək, lakin həftə sonu müəyyən relyef gözlənilir.

Bu gün Nyu Yorkda havanın keyfiyyətinin normala yaxınlaşmasına baxmayaraq, səlahiyyətlilər tənəffüs xəstəlikləri olanlara məcbur olmadıqca çölə çıxmamağı tövsiyə edir.

 

Tərcümə: Aynurə Məcidova