Ermənistan Rusiyadan qopmaq istəyirdi, indi Moskvanın qapısını döyür?
30 Sentyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
09.06.2023, 21:54
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Hollandiyada məhkəmənin skif qızılı ilə bağlı qərarını qərəzli adlandırıb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,"Niderland Ali Məhkəməsinin hökmü muzey icmaları arasında etimadı sarsıdan daha bir təhlükəli presedent yaradır və əlbəttə ki, bizim tərəfimizdən adekvat cavabsız qala bilməz", - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib.
Nazirlik vurğulayıb ki, “skif qızılı” Krımın mədəni irsinin bir hissəsidir, bu danılmaz fakt məhkəmələrin heç bir partizan qərarı ilə ləğv edilə bilməz.
“Tarixi ədalət bərpa olunacaq”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Hollandiya məhkəməsinin qərarının Rusiya üçün sürpriz olmadığını qeyd edib. Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Ukraynanın istənilən, hətta ən vicdansız tələblərini dəstəklədiklərini nəzərə alsaq, bu instansiyadan fərqli qərar gözləmək çətin idi.
Nazirlik həmçinin bəyan edib ki, Hollandiyanın məhkəmə sistemi çoxdan qərəzsiz və ədalətli ədalət mühakiməsi standartlarına cavab verməyi dayandırıb, o, yalnız özünün, indi isə Kiyev hakimiyyətinin siyasi sifarişlərinə xidmət göstərməklə məşğuldur.
Xatırladaq ki, iyunun 9-da məlum olub ki, Niderlandın Ali Məhkəməsi Amsterdam Apellyasiya Məhkəməsinin skif qızıllarının kolleksiyasının Ukraynaya verilməsi barədə qərarını qüvvədə saxlayıb.
26 oktyabr 2021-ci ildə Amsterdam Apellyasiya Məhkəməsi bu tarixi əmlakın Ukraynaya verilməsi barədə qərar çıxarıb. 2022-ci ilin yanvarında Krım muzeyləri bu qərardan Hollandiyanın Ali Məhkəməsinə kassasiya şikayəti verib. Taurida Mərkəzi Muzeyinin baş direktoru Andrey Malgin bildirib ki, Niderlandın baş prokurorunun skif qızılının Ukraynaya verilməsi barədə qərarı ədalətsiz və qərəzlidir.
Tərcümə: Miri Məcidli
10:10 / 30 Sentyabr 2026
19
10:00 / 30 Sentyabr 2026
125
09:55 / 30 Sentyabr 2026
36
09:55 / 30 Sentyabr 2026
39
09:50 / 30 Sentyabr 2026
35
09:28 / 30 Sentyabr 2026
42
09:25 / 30 Sentyabr 2026
43
09:20 / 30 Sentyabr 2026
47
09:15 / 30 Sentyabr 2026
61
09:15 / 30 Sentyabr 2026
50
09:10 / 30 Sentyabr 2026
49
08:51 / 30 Sentyabr 2026
51
08:48 / 30 Sentyabr 2026
2298
08:39 / 30 Sentyabr 2026
68
08:36 / 30 Sentyabr 2026
55
07:42 / 30 Sentyabr 2026
70
07:36 / 30 Sentyabr 2026
432
00:16 / 30 Sentyabr 2026
122
00:02 / 30 Sentyabr 2026
127
23:55 / 29 Sentyabr 2026
2664
23:47 / 29 Sentyabr 2026
90
23:43 / 29 Sentyabr 2026
98
23:34 / 29 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.