Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90637
az

SON DƏQİQƏ! Putin dəhşətli addımı atdı: İyulun 7-də...

21:0909 İyun, 2023
481
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin Belarusa Rusiyanın taktiki nüvə silahlarının iyulun 7-8-dən sonra yerləşdirilməyə başlayacağını bildirib.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,Putin Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Putin görüşün əvvəlində etdiyi çıxışda təhlükəsizlik və iqtisadi mövzularda danışacaqlarını bildirib.

Bu istiqamətdə əlaqələrin kifayət qədər yaxşı inkişaf etdiyinə diqqət çəkən Putin təhlükəsizlik sahəsində inkişafın sabit və hətta yaxşı olduğunu bildirib.

İki ölkənin təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq etdiyinə diqqət çəkən Putin, daha əvvəl Belarusa göndəriləcəyini açıqladığı taktiki nüvə silahlarına da toxunaraq, “Razılaşdığımız ən həssas mövzularda hər şey planlaşdırıldığı kimi gedir. İyulun 7-8-də müvafiq obyektlərin hazırlıqları başa çatdırılacaq və müvafiq silah növləri Belarusa göndəriləcək: "Biz onun Belarusda  yerləşdirilməsi ilə bağlı tədbirlərə dərhal başlayacağıq. Yəni hər şey plan üzrədir, hər şey hazırdır”, - deyə o bildirib.

Mart ayında verdiyi açıqlamada Putin NATO-nun başqa ölkələrdə taktiki nüvə silahı yerləşdirdiyini və Rusiyanın da sözügedən silahı Belarusda yerləşdirəcəyini açıqlamışdı.

Putin yüksək dəqiqlikli “İsgəndər” raket sistemlərini Belarusa çatdırdıqlarını da xatırladıb və bu sistemlərin taktiki nüvə silahları ilə təchiz ediləcəyini bildirib.

Lukaşenko ölkədə Sovet İttifaqı dövründən qalan nüvə silahlarının yerləşdirilməsi üçün qurğuların hazırlanacağı barədə də məlumat verib.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşdən imtina edib
Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Bakıda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”