Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya PUA-lar istehsal edəcək - ABŞ

Rusiya PUA-lar istehsal edəcək - ABŞ

DÜNYA

455

09.06.2023, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya PUA istehsalına başlayır.

 

Oxu24.com xəbər verir  ki,“Financial Times” Ağ Evin bəyanatına istinadən xəbər verir ki, Rusiya öz ərazisində İran pilotsuz təyyarələri istehsal etməyi planlaşdırır.


Əvvəllər Tehran Moskvanı Xəzər dənizi üzərindən hazır pilotsuz təyyarələrlə təmin edirdi.

Amma indi Birləşmiş Ştatlar, ehtimal ki, Tatarıstanda dron istehsalı sahəsinin tikintisi üçün

Tehranın material tədarükünü təmin edir.

Məlumatı ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi səsləndirib.

FT xatırladır ki, Rusiya əvvəllər İrandan 400-ə yaxın pilotsuz təyyarə alıb, lakin onların əksəriyyətini artıq istifadə edib və yeni partiya almaq istəyir.

ABŞ administrasiyası həmçinin bildirir ki, İran Rusiyaya yüzlərlə ballistik raket satmağı düşünür, lakin indiyədək belə bir razılaşma əldə olunmayıb.

 

Tərcümə: Miri Məcidli