Qaynar xətt:

(+99450) 247 90 86

Taliban İrana əzələ göstərir — Qoşunlar sərhəddədir

Taliban İrana əzələ göstərir — Qoşunlar sərhəddədir

DÜNYA

300

09.06.2023, 19:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Taliban qüvvələri Əfqanıstanın İranla sərhədində yerləşən Nimroz əyalətində ağır silahlarla hərbi təlimlər keçirib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Nimroz vilayətindəki 3-cü batalyonun komandiri Məhəmməd Nəbi Molla Vurur Taliban xəbər agentliyi Bakhtar-a məlumat verib.

 

Onun sözlərinə görə, təlimlər peşəkar təlimatçılar cəlb edilməklə Zaranc rayonunda keçirilib. Müxtəlif növ ağır silahların cəlb olunduğu manevrlərin məqsədi Taliban qüvvələrinin döyüş hazırlığını artırmaqdır.

 

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə gəldikdən bəri Əfqanıstan-İran sərhədində İran sərhədçiləri ilə vaxtaşırı toqquşmalar baş verir.

 

Tərcümə: Miri Məcidli