Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan Rusiyaya gedən pilotsuz təyyarələri müsadirə edib

Qazaxıstan Rusiyaya gedən pilotsuz təyyarələri müsadirə edib

DÜNYA

420

09.06.2023, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyaya gizli yolla ötürülən dronlar ələ keçib.

Oxu24.com xəbər verir  ki,ORDA informasiya-analitik portalının yaydığı məlumata görə, Qazaxıstanın Cambıl vilayətinin hakimiyyəti Qırğızıstandan Rusiyaya qeyri-qanuni olaraq daşımağa cəhd etdikləri pilotsuz təyyarələrin bir partiyasını müsadirə edib.

Söhbət "Impulse-Invest"in Rusiyanın "Nova" tikinti şirkətinə verməli olduğu 14 DJI AgrasT30 dronundan gedir. Gömrük xidməti müəyyən edib ki, “İmpuls-İnvest”in belə malların daşınması üçün lisenziyası yoxdur.

Nəticədə şirkət 76 min tenge cərimə olunub və pilotsuz təyyarələr Qazaxıstan hakimiyyətinin mülkiyyətində qalıb.

 

Tərcümə: Nigar