Qaynar xətt:

(+99450) 247 90 86

Belqorod atəş altında: qurbanlar var 

Belqorod atəş altında: qurbanlar var 

DÜNYA

335

09.06.2023, 10:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov cümə gecəsi Belqorod və Belqorod vilayəti üzərində baş verən insident barədə danışıb.

Oxu24.com Rusiya mediasına istinadən  xəbər  verir  ki, gecə Belqorod və Belqorod vilayəti üzərində hava hücumundan müdafiə vasitələri işləyib.

 Razumnoye kəndində yaşayış binasına və fərdi yaşayış evlərinə ziyan dəyib. Üç sakin xəsarət alıb. 

“Şebekinoda gecə çoxlu atışma olub, mənzil fondu dağılıb. Təəssüf ki, hələlik orada yoxlama aparmaq mümkün deyil. Tez-tez atəşlər davam edir, lakin onlar bitən kimi biz dərhal ilk gündən mənzilləri bərpa etməyə və sakinləri evlərinə qaytarmağa başlayacağıq "deyə şəhər rəsmisi  bildirib.

“Shot Telegram” kanalının məlumatına görə, Şebekinoda beşmərtəbəli bina mərmidən sonra yanıb.

 

Tərcümə: Miri Məcidli