Qaynar xətt:

(+99450) 247 90 86

Çin texnikaları Rusiyada göründü - VİDEO

Çin texnikaları Rusiyada göründü - VİDEO

DÜNYA

440

08.06.2023, 23:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada ilk dəfə olaraq Çinin hərbi texnikası görünüb.

 

Söhbət “Kadırovtsı”nı aldığı iddia edilən China Tiger zirehli texnikasından gedir.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RBC-Ukrayna məlumat yayıb.

 

İyunun 6-da Çeçenistan rəhbəri Ramzan Kadırov Çeçen Axmat bölməsinin hərbi texnikanın yeni partiyası alması ilə öyündüyü video yayımlayıb.

 

Analitiklər görüntülərdə səkkiz Çin  istehsalı olan  Tiger zirehli maşını olduğunu qeyd ediblər.

 

Bu, ilk dəfədir ki, Çin texnikası Rusiya qoşunları ilə xidmətdə qeydə alınıb. Oryx analitik layihəsi də təsdiqləyib ki, ruslar Shaanxi Baoji Special Vehicles tərəfindən istehsal olunan China Tiger avtomobillərini alıblar.

 

Jurnalistlər qeyd edirlər ki, Çin avtomobillərinin Rusiyaya necə getdiyi hələlik məlum deyil. Bu, Pekinin bilmədiyi və ya göz yuma bildiyi üçüncü ölkələr və ya birbaşa göndərişlər vasitəsilə baş verə bilərdi.

 

Tərcümə: Miri Məcidli