İsrailə uçan sərnişin təyyarəsi ələ keçirilib
30 Sentyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
350
08.06.2023, 21:48
İslamabadın Ali Məhkəməsi cümə axşamı Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Hərəkatının lideri İmran Xanı Ali Məhkəmənin baş vəkili Əbdül Rəzzək Şarın qətlində iştirakda ittiham edib.
Oxu24.com xəbər verir ki, Dawn qəzeti məlumat yayıb.
İttiham aktından sonra keçmiş hökumət başçısına bu iş üzrə vəkillərlə məhkəmə iclaslarına hazırlaşmaq üçün həbsdən iki həftə möhlət verilib.
Şar Xana qarşı əvvəllər irəli sürülən xəyanət ittihamlarına baxılmasında iştirak etmişdi.
Vəkil iyunun 6-da Kvetta şəhərində naməlum silahlı şəxslər tərəfindən güllələnib. Səlahiyyətlilər bildiriblər ki, keçmiş baş nazir vətənə xəyanətdən yayınmaq üçün Şarın qətlini “təhrik edib”. Xanın rəhbərlik etdiyi DZS bu iddiaları tamamilə təkzib edib.
Pakistan hökumətinin keçmiş başçısına qarşı müxtəlif ağır cinayətlər üzrə onlarla ittiham irəli sürülüb. Çərşənbə günü, Lahor məhkəməsi Xanı 2018-2022-ci illərdə hakimiyyətdə olduğu müddətdə xarici liderlərdən qeyri-qanuni hədiyyə satışı əməliyyatları ilə bağlı fırıldaqçılıq və saxtakarlıqda ittiham edib.
İttiham ötən ildən siyasətçinin dövlət mağazasından ümumi bazar dəyəri 154 milyon rupi (1,897 milyon dollar) olan hədiyyələr satması ilə bağlı işi araşdıran istintaq orqanlarının tələbi ilə irəli sürülüb.
Xanın 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsi nəticəsində hökumət başçısı vəzifəsindən uzaqlaşdırılmasına bu cinayətdə şübhələr səbəb olub.
Tərcümə:Aynurə Məcidova
11:06 / 30 Sentyabr 2026
1
11:05 / 30 Sentyabr 2026
3
10:54 / 30 Sentyabr 2026
31
10:46 / 30 Sentyabr 2026
222
10:41 / 30 Sentyabr 2026
37
10:36 / 30 Sentyabr 2026
143
10:30 / 30 Sentyabr 2026
48
10:25 / 30 Sentyabr 2026
44
10:20 / 30 Sentyabr 2026
46
10:10 / 30 Sentyabr 2026
87
10:00 / 30 Sentyabr 2026
383
09:55 / 30 Sentyabr 2026
42
09:55 / 30 Sentyabr 2026
48
09:50 / 30 Sentyabr 2026
86
09:28 / 30 Sentyabr 2026
45
09:25 / 30 Sentyabr 2026
48
09:20 / 30 Sentyabr 2026
50
09:15 / 30 Sentyabr 2026
74
09:15 / 30 Sentyabr 2026
56
09:10 / 30 Sentyabr 2026
53
08:51 / 30 Sentyabr 2026
57
08:48 / 30 Sentyabr 2026
2367
08:39 / 30 Sentyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.