Qaynar xətt:

(+99450) 247 90 86

Fransada bıçaqlı hücum: 8 uşaq yaralandı

Fransada bıçaqlı hücum: 8 uşaq yaralandı

DÜNYA

293

08.06.2023, 17:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransanın Annesi şəhərində bıçaqlı hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.

Oxu24.com -un Fransa mətbuatında istinadən  xəbərinə görə, səhər saat 09:45 radələrində Annesidə bir şəxs parkın yaxınlığında uşaqlara bıçaqla hücum edib.

Hadisə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.

Polis hücumda şübhəli bilinən şəxsi saxlayarkən, yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Hücumun baş verdiyi bölgədəki Yüksək Savoya əyaləti insanları hadisə yerindən uzaq durmağa çağırıb.

Fransanın baş naziri və daxili işlər naziri bölgəyə səfər edəcək

Prezident Emmanuel Makron da “Twitter” hesabında hücumu “qorxaqlıq” adlandıraraq, hücumun qurbanlarının xüsusilə uşaqların olduğuna diqqət çəkib.

Makron hücumla bağlı “Millət şokdadır” ifadəsini işlədərək həlak olanların ailələrinə başsağlığı verib.

 

Tərcümə: Miri Məcidli