Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada pasportlarla bağlı dəyişiklik edildi

Rusiyada pasportlarla bağlı dəyişiklik edildi

DÜNYA

326

08.06.2023, 12:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Federasiyasında kişilərin orduya çağırılmamaq üçün istifadə etdikləri “cins dəyişikliyi” ilə yaranan çatışmazlıq aradan qaldırılıb.

 

Oxu24.com xəbər  verir ki, Rusiya Federasiyasının Federasiya Şurası pasportların etibarsız sayılması qaydalarına aydınlıq gətirən müvafiq qanunu dəstəkləyib.

 

Dəyişikliklərə əsasən hərbi xidmətə çağırışla əlaqədar ölkədən çıxışı məhdudlaşdırılan şəxslər pasportunu “vətəndaşın hüququnun məhdudlaşdırılması haqqında qərarın pasport sahibinə təqdim edildiyi gündən etibarən beş gün ərzində onu verən orqana təhvil verməlidirlər.

 

Bundan əlavə, FSB-də hərbi xidmətdən tərxis olunanlar pasportlarını beş il müddətinə təhvil verməlidirlər.

Yeni qaydalara əsasən, pasportun etibarsız hesab edilməsi üçün soyad, ad, ata adının dəyişdirilməsi, doğum tarixi və yeri haqqında məlumatların, habelə cinsin dəyişdirilməsi əsas götürüləcək.

 

Tərcümə:Aynurə Məcidova