Qaynar xətt:

(+99450) 247 90 86

Ağ Ev: Moskva Kaxovskaya su elektrik stansiyasının dağıdılmasında günahkardır

Ağ Ev: Moskva Kaxovskaya su elektrik stansiyasının dağıdılmasında günahkardır

DÜNYA

265

08.06.2023, 10:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vaşinqton Kaxovka Su Elektrik Stansiyasının dağıdılmasında Moskvanı günahlandırıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

 

Jurnalistlərin ABŞ prezident administrasiyasının bəndin dağılmasına kimin və ya nəyin səbəb olduğu barədə daha yaxşı təsəvvürünün olub-olmaması ilə bağlı sualına Jean-Pierre vurğulayıb  ki, Rusiya Federasiyası "heç vaxt orada olmamalıdır".

 

“Bilirsiniz ki, bu bənd Rusiyanın nəzarəti altında idi və onlar bu müharibənin törətdiyi dağıntılara görə məsuliyyət daşıyırlar. Və biz bu çətin zamanda Ukrayna xalqına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - Ağ Evin spikeri bildirib.

O, əlavə edib ki, Rusiya Federasiyası Ukraynaya genişmiqyaslı müdaxilə etməsəydi, faciə baş verməzdi, ona görə də vəziyyətə görə məsuliyyət Kremlin üzərinə düşür.

 

Tərcümə: Miri Məcidli