Qaynar xətt:

(+99450) 247 90 86

Kahovka bəndi NATO-Ukrayna komissiyasında müzakirə olunacaq

Kahovka bəndi NATO-Ukrayna komissiyasında müzakirə olunacaq

DÜNYA

354

07.06.2023, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kahovka bəndi NATO-Ukrayna komissiyasında müzakirə olunacaq

 

Oxu24.com xəbər  verir  ki,sabah NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək.

Gələcəkdə iştirak edəcək toplantıda Ukraynada baş verən proseslər və Kahovka bəndinin vurulması müzakirə olunacaq.

NATO-nun baş katibi Stoltenberqin sədrliyi ilə keçiriləcək iclasda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə iştirak edəcək.

Stoltenberq sosial media hesabından verdiyi açıqlamada Kuleba ilə bəndin vurulması ilə bağlı danışdığını, bəndin çökməsi səbəbindən minlərlə insanın evlərini tərk etdiyini və Ukraynanın ekoloji fəlakətlə üzləşdiyini bildirib.

 

Tərcümə:Miri Məcidli

 

Ukraynanın cənubundakı Xerson bölgəsində rusların nəzarətində olan Kahovka bəndi və su elektrik stansiyasının dünən bombalarla vurulduğu açıqlanıb. Daşqın səbəbindən bölgənin böyük ekoloji fəlakətlə üzləşdiyi açıqlanıb. Ukrayna və Rusiya bəndin vurulmasına görə bir-birini günahlandıran bəyanatlar verib.