Qaynar xətt:

(+99450) 247 90 86

Kim Çen İnn intiharı qadağan etdi

Kim Çen İnn intiharı qadağan etdi

DÜNYA

294

07.06.2023, 18:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Koreyada daha bir qadağa qüvvəyə minib.

Oxu24.com xəbər  verir  ki,“Mirror” un yaydığı məlumata görə, Şimali Koreya lideri Kim Çen In Şimali Koreyada intiharı qadağan edən sərəncam imzalayıb.

 Kim intiharı “sosializmə xəyanət” adlandırıb və yerli hakimiyyət orqanlarına qabaqlayıcı tədbirlər görməyə göstəriş verib.

Mənbələrin məlumatına görə, KXDR-də Şimali Koreya vətəndaşları arasında intiharların sayı ötən illə müqayisədə 40 faiz artıb.

Bildirilir ki, göstəriş verilsə də, yerlərdə məsul şəxslər hələ də mövcud vəziyyətə uyğun həll yolu tapa bilməyiblər. “İntiharların çoxu həddindən artıq yoxsulluq və aclıq üzündən baş verib, ona görə də hazırda heç kim buna qarşı tədbir görə bilmir”, - mənbə bildirib.

 

Tərcümə: Miri Məcidli