Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan ordusu Rusiyaya kömək etməyəcək

Qazaxıstan ordusu Rusiyaya kömək etməyəcək

DÜNYA

355

07.06.2023, 13:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstan ordusu KTMT vasitəsilə heç bir məsələnin həllində iştirak etmək fikrində deyil.

Oxu24.com xəbər  verir  ki, bunu ölkənin müdafiə naziri Ruslan Jaksılıkov deyib.


Məlumata görə, Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərinə sosial şəbəkələrdə Qazaxıstan hərbçilərinin sərhədlərini qorumaq üçün Rusiya Federasiyasının Belqorod və Voronej vilayətlərinə göndərilməsinin planlaşdırıldığı barədə yayılan xəbərlərlə bağlı sual verilib.

“Qazaxıstan Respublikasının Müdafiə naziri kimi mən bütün məsuliyyətlə bəyan edirəm ki, Qazaxıstan Respublikasının Silahlı Qüvvələri bizim ərazimizdədir.

Biz çıxmaq, bəzi məsələləri həll etmək, sülhməramlı missiyaları yalnız Birləşmiş Millətlər Təşkilatı vasitəsilə yerinə yetiririk, lakin KTMT ölkələrinin ərazisində onları yerinə yetirmirik və heç yerə getmirik. Sakit ola bilərsiniz, biz heç yerə getmirik”, - Jaksylykov bildirib.

 

Tərcümə:Aynurə Məcidova