Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90427
az

Avstraliya Ukraynaya 41 döyüş təyyarəsi verə bilər

11:5807 İyun, 2023
75
DÜNYA
  • A

Avstraliya hakimiyyəti Amerika istehsalı olan 41 McDonnell Douglas F/A-18 Hornet qırıcısının Kiyevə təhvil verilməsi ilə bağlı ABŞ və Ukrayna ilə danışıqlar aparır.

Onlar Avstraliya Ordusu tərəfindən istismardan çıxarılıb və anbardadırlar.

Oxu24.com xəbər verir  ki, bu barədə “Australian Financial Review” mənbələrə istinadən yazır.


Qəzet yazır ki, təyyarənin bir hissəsi ehtiyat hissələri üçün istifadə oluna bilər, lakin təyyarə avadanlığının mümkün transferi Ukrayna ilə danışıqların mətbuata çıxdığı ən böyük sövdələşmə ola bilər.

Hornet dördüncü nəsil qırıcıdır və hələ də ABŞ, İspaniya, Kanada, İsveçrə, Finlandiya, Malayziya və Küveytdə xidmətdədir. Onlar İraq, Əfqanıstan, Serbiya, Liviya və Suriya da daxil olmaqla bir sıra hərbi münaqişələrdə istifadə olunub. Avstraliya Ordusunda beşinci nəsil təyyarələrlə əvəz olunduqları üçün onlar silindi.

Financial Review-a görə, danışıqlar uğurlu olarsa, təyyarələr dörd aydan sonra hazırlıq vəziyyətinə gətirilə bilər. Kiyev, Kanberra və Vaşinqton bu nəşrlə bağlı rəsmi açıqlama verməyib.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə Qərbin Rusiyaya qarşı çəkisi rolunu açıqlayıb
Şolz: Almaniyaya ukraynalılar lazımdır
Almaniya Ukrayna üzərindən raketləri vurmağa başlaya bilər

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı