Qaynar xətt:

(+99450) 247 90 86

BMT Kaxovka su elektrik stansiyasının dağıdılmasına münasibət bildirib

BMT Kaxovka su elektrik stansiyasının dağıdılmasına münasibət bildirib

DÜNYA

259

07.06.2023, 09:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kaxovka su elektrik bəndinin dağılması Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından bəri mülki infrastruktura dəyən ən əhəmiyyətli hadisə ola bilər.

Oxu24.com CNN-nə istinadən  yazır ki, bunu BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib.

O xatırladıb ki, təkcə Xerson, Dnepr və Zaporojye vilayətlərinin milyonlarla sakini üçün həyati əhəmiyyət kəsb edən su mənbəyi yox, həm də Xersonun cənubunda və Krımda kənd təsərrüfatının suvarılması üçün əsas mənbə olub.

Baş verənlər kənd təsərrüfatına və ərzaq istehsalına təsir edəcək.


Qriffits onu da qeyd edib ki, su əvvəllər təhlükəsiz hesab edilən ərazilərə mina və digər partlayıcı obyektləri daşıya bilər.

O vurğulayıb ki, bəndin dağılması elektrik enerjisinin istehsalına və Zaporojye AES-in təhlükəsizliyinə öz təsirini göstərəcək. “Bandın uçması nəticəsində dəyən ziyan o deməkdir ki, onsuz da münaqişədən əziyyət çəkənlər üçün həyat dözülməz dərəcədə çətinləşəcək”, o əlavə edib.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Kaxovskaya su elektrik stansiyasında bəndin dağıdılması ilə bağlı narahatlığını bildirib. 

 

Tərcümə:Miri Məcidli