Klub prezidenti güllələnərək öldürüldü
30 Sentyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
418
06.06.2023, 22:13
Fransada pensiya islahatlarına etiraz edən 14 nəfər saxlanılıb
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,həmkarlar ittifaqlarının çağırışı ilə təhsil, enerji və nəqliyyat kimi müxtəlif sektorlar tətilə gedərkən, digər şəhərlərdə olduğu kimi Parisdə də pensiya islahatına qarşı nümayişlər təşkil olunur.
Parisdəki nümayiş əlillər meydanında müxalifət siyasətçilərinin iştirakı ilə başlayıb.
Paris Polis İdarəsinin Twitter hesabından edilən açıqlamaya görə, paytaxtda nümayişdən əvvəl 2700 yoxlama çərçivəsində 14 nəfər saxlanılıb.
"Silah və təhlükəli yüklərin dinc nümayişdə yeri yoxdur", - bəyanatda deyilir.
Nant şəhərində etirazçılarla polis arasında gərginlik yaşanıb.
Fransa mətbuatında yer alan xəbərlərə görə, islahat əleyhdarları bu gün səhər saatlarında Parisdə 2024-cü il Paris Olimpiya Oyunlarının mərkəzi binasına daxil olaraq nümayiş keçiriblər. Nümayişçilər “Pensiya yoxdur, Olimpiya Oyunları yoxdur” şüarları səsləndiriblər.
Medianın elektrik enerjisi kəsilib
Pensiya islahatına cavab olaraq, Ümumi Məşğulluq İttifaqının (CGT) enerji qolu səhər saatlarında müxtəlif şirkətlərin, eləcə də Canal+, Eurosport, RFI radio kimi KİV-lərin elektrik enerjisini kəsib. Hauts-de-Seine əyalətinin bir çox şəhəri elektrik enerjisinin kəsilməsindən zərər çəkib.
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermədən qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Polis etirazçılara sərt cavab verib və ölkənin bir çox yerlərində zorakılıq hadisələri baş verib.
Martın 16-dan bəri ölkə daxilində keçirilən etiraz aksiyalarında 1000-dən çox insan saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini bəyənib, 6 maddəni isə tam və ya qismən rədd edib.
Kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq qəbul edilən qanunun geri götürülməsinə dair qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Tərcümə: Miri Məcidli
12:43 / 30 Sentyabr 2026
18
12:39 / 30 Sentyabr 2026
67
12:33 / 30 Sentyabr 2026
38
12:24 / 30 Sentyabr 2026
43
12:20 / 30 Sentyabr 2026
45
12:17 / 30 Sentyabr 2026
47
12:13 / 30 Sentyabr 2026
61
12:10 / 30 Sentyabr 2026
54
12:09 / 30 Sentyabr 2026
47
12:05 / 30 Sentyabr 2026
49
11:49 / 30 Sentyabr 2026
105
11:47 / 30 Sentyabr 2026
57
11:38 / 30 Sentyabr 2026
48
11:37 / 30 Sentyabr 2026
117
11:36 / 30 Sentyabr 2026
50
11:15 / 30 Sentyabr 2026
52
11:06 / 30 Sentyabr 2026
63
11:05 / 30 Sentyabr 2026
54
10:54 / 30 Sentyabr 2026
152
10:46 / 30 Sentyabr 2026
1240
10:41 / 30 Sentyabr 2026
60
10:36 / 30 Sentyabr 2026
162
10:30 / 30 Sentyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.