Qaynar xətt:

(+99450) 247 90 86

Diplomatın arvadı və oğlu Rusiyada yoxa çıxıb - FOTO

Diplomatın arvadı və oğlu Rusiyada yoxa çıxıb - FOTO

DÜNYA

279

06.06.2023, 13:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Vladivostok şəhərində Şimali Koreyanın Baş Konsulluğunun nümayəndəsi Çoi Yonq Namın ailə üzvləri yoxa çıxıblar.

 

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  62 yaşlı diplomat yerli mediaya  açıqlama verib.


İyunun 4-də səhər saatlarında onun həyat yoldaşı, 43 yaşlı Kim Kum-soon və 15 yaşlı oğlu Pak Kvon-ju KXDR Baş Konsulluğunun ərazisində taksiyə miniblər. Onlardan daha sonra xəbər olmayıb. Onlar da əlaqə saxlamır, mobil telefonları yoxdur.

 

Polis onları aparan  taksi sürücüsünü tapıb. Sürücü  onları küçələrin birindəki binanın önünə düşürdüyünü  deyib.

Müşahidə kameralarının görüntüləri onun sözlərini təsdiqləyib. Amma ana və oğulun hara getdiyi hələlik məlum deyil.

Axtarışlar davam edir.

 

Tərcümə: Miri Məcidli