Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90273
az

Nikol prosesdən yayınır: Bakı Qarabağda addım atacaq

17:2005 İyun, 2023
158
DÜNYA
  • A
Kişinyovda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmayıb. Mişelin bəyanatından aydın olur ki, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb. Oxu24.com Axar.az-a istinadən xəbər verir ki,gündəliyin dəyişməməsi müsbət məqamdır, Fransanın olduğu masada hansısa yeniliyin olmaması da belə məqamlardan hesab oluna bilər. Hərçənd, növbəti beştərəfli görüşlə bağlı razılıq Bakı-İrəvan münasibətlərinin qurulması prosesində oyunçuların sayının çoxalması deməkdir və formatın böyüməsi maraqların da çoxalması ilə nəticələnəcək. İrəvan bunu prosesdən yayınmaq üçün manevr imkanı olaraq görür, lakin Bakı gündəliyin dəyişməsinə imkan verməsə, bunun üz tutduğu bütün masalarda qarşısına eyni məsələlərin çıxması baxımından Ermənistan üçün əks-effekti də ola bilər. Nəticəsiz görüşlər həm sərhəddə, həm Qarabağda gərginlik vəd edir. İstisna deyil ki, Qarabağ məsələsini danışıqlar masasından kənarda saxlayan Azərbaycan müzakirələrə paralel olaraq, suverenliyinə təhdid olan separatizmə qarşı praktiki addımlar atacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar