Qaynar xətt:

(+99450) 247 90 86

Sudanda şiddətli döyüşlər gedir

Sudanda şiddətli döyüşlər gedir

DÜNYA

251

04.06.2023, 09:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sudanda atəşkəsin son günündə şiddətli toqquşmalar baş verib

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Sudanda tərəflər paytaxt Xartumun qərbində Umdurman və şimalda Bəhridə artilleriya, ağır və yüngül silahlarla toqquşub.

 

Şiddətli toqquşmalar nəticəsində bəzi evlər dağılıb, sakinlər təhlükəsiz ərazilərə qaçıblar.

 

Bir milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü bildirən Birləşmiş Millətlər Təşkilatı 300 min insanın münaqişələr səbəbilə qonşu ölkələrə qaçdığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən qarşıdurma nəticəsində 850 nəfərin həyatını itirdiyini, 5500 nəfərin isə yaralandığını bildirib.

 

Sudanda tərəflər mayın 29-da mövcud atəşkəs rejimini daha 5 gün uzadıb.

 

ABŞ və Səudiyyə Ərəbistanı, Sudan ordusu ilə HDK arasında qarşıdurmaların dayandırılması üçün Ciddə şəhərində keçirilən danışıqların iki tərəfin atəşkəsi pozması səbəbindən dayandırıldığını açıqlayıb.

 

Tərcümə:Aynurə Məcidova