Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Somaliyə zərbə endirib

DÜNYA

159

03.06.2023, 23:03

Somalidə ABŞ-ın hava hücumu nəticəsində 3 Əl-Şəbab üzvü öldürülüb

Oxu24.com xəbər verir ki, ABŞ-ın Afrika Komandanlığından  verilən açıqlamada, Somalinin cənubundakı Vayanta bölgəsinə hava hücumu təşkil edildiyi bildirilib.

Açıqlamada, hücumda 3 təşkilat üzvünün öldürüldüyü, mülki vətəndaşların zərər çəkmədiyi bildirilib.

Ötən il Somali ordusunun Əl-Şəbab-a qarşı başlatdığı əməliyyatlarda bir çox bölgə azad edilib və təşkilat ara-sıra şəhərləri və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar təşkil edir.

 

Aynurə Məcidova