Qaynar xətt:

(+99450) 247 90 86

Pakistanda terror olub,ölənlər var

Pakistanda terror olub,ölənlər var

DÜNYA

229

03.06.2023, 22:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların bombalı hücumu nəticəsində iki mülki şəxs həlak olub.

Oxu24.com xəbər  verir  ki,Dawn qəzetində yer alan xəbərə görə, əyalətin Bajaur bölgəsində yola qoyulan uzaqdan idarə olunan bomba pikap keçərkən işə düşüb.

Hücum nəticəsində iki mülki şəxs həlak olub.

Kamyonetin təhlükəsizlik məntəqəsinə qum daşıması və hücumun bu səbəbdən həyata keçirilə biləcəyi ehtimalına diqqət yetirilir.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Pakistan  terrorda Talibanı ittiham edir.

Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

 

Miri Məcidli