Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ və İran razılaşıb? - Ərəb mediasından idia

ABŞ və İran razılaşıb? - Ərəb mediasından idia

DÜNYA

269

02.06.2023, 21:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ və İran əvvəlkindən daha geniş olan yeni nüvə müqaviləsinin zəruriliyi ilə bağlı prinsipial razılığa gəliblər.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Səudiyyənin “Elaf” internet nəşri təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yazıb.


Nəşrin məlumatına görə, ABŞ və İranın yüksək rütbəli rəsmilərinin son aylarda Omanda keçirilən görüşləri zamanı gələcək razılaşmanın son detalları müzakirə olunub.

 

Razılaşma İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsinin mərhələli şəkildə dayandırılmasını nəzərdə tutur. İranlılar həmçinin Suriya və Yəməndə hərbi əməliyyatların dayandırılmasına, həmçinin Fars körfəzində naviqasiya azadlığının təmin edilməsinə sadiqdirlər. Bunun müqabilində İslam Respublikası sanksiyaların tamamilə ləğvi, nefti sərbəst satmaq və İranın Qərb banklarındakı bütün səhmlərini dondurmaq hüququ əldə edir.

İsrailin Kanal 9-u xəbər verir ki, Qüds Tehranla yeni sazişin bağlanmasının qəti əleyhinədir. İsrail hökuməti deyir ki, İran bu müqavilə çərçivəsində ilk növbədə yüz milyardlarla dollar alacaq. İsrail onu da xatırladıb ki, 2015-ci ildə İranın nüvə proqramının qanuniləşdirilməsi ilə bağlı ilk razılaşmanın təfərrüatları məlum olduqdan sonra baş nazir Benyamin Netanyahu bu sənədin yəhudi dövlətinə aid olmadığını bildirib.

 

Tərcümə: Miri Məcidli