Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Moldovaya getdi  -  VİDEO

Zelenski Moldovaya getdi  -  VİDEO

DÜNYA

286

01.06.2023, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə qatılıb.

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Zelenski Moldova Prezidenti Maya Sandudan sonra görüşün ev sahibliyi etdiyi ilk Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Bulboaca kəndindəki “Qala Mimi”yə gəlib.

Sammitdə 50-yə yaxın Avropa prezidenti və hökumət başçısının iştirakı gözlənilir.

Ukrayna prezidentinin sammitdə şəxsən iştirakı təhlükəsizlik baxımından sona  qədər rəsmi şəkildə təsdiqlənməyib. Moldova Daxili İşlər Nazirliyi bəyan edib ki, Zelenskinin iştirakı ilə bağlı məlumatlar Ukrayna prezidentinin təcili təhlükəsizliyi ilə bağlı məxfiləşdirilməlidir.

Çərşənbə günü səhər Zelenskinin sammitdə iştirakını Moldova xarici işlər naziri Niku Popesku təsdiqləyib.

 

 

 

Tərcümə: Miri Məcidli