Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynanın paytaxtına hücum edib - Ölən və yaralananlar var

Rusiya Ukraynanın paytaxtına hücum edib - Ölən və yaralananlar var

DÜNYA

529

28.05.2023, 10:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kiyevdə Rusiya pilotsuz uçuş aparatlarının hücumu zamanı Ukrayna hərbçiləri düşmənin 20-dən çox hava hədəfini vurub. Bununla belə, “Şahedlər”in ikinci dalğası gözlənilir.
“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib. "Hava Hücumundan Müdafiə Qüvvələri artıq Kiyevə doğru hərəkət edən 20-dən çox PUA-nı məhv edib. Lakin paytaxta yeni pilotsuz uçuş aparatları dalğası gəlir", - o qeyd edib.
Mer həmçinin şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb. "Təhlükəsizliyinizə laqeyd yanaşmayın. Gecə çətin olacaq", - mer vurğulayıb. Digər mətbu orqanlar hücum zamanı paytaxtın Qoloseyevsk rayonunda bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını xəbər veriblər.