Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb

Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb

DÜNYA

329

25.05.2023, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna 106 hərbçisini Rusiya əsirliyindən qaytarıb.
 
Oxu24.com Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahına istinadən xəbər verir ki, əsirlikdən qaytarılanların 8-i zabit, 98-i isə əsgər və çavuşdur.
 
Hərbçilərin hamısı Baxmut istiqamətində döyüşüblər.
 
Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı bildirib ki, əsirlikdən azad edilənlərdən 68-i itkin düşmüş hesab edilirdi.
 
"Xilas edilmiş yeddi hərbçinin müxtəlif xəsarətləri var: güllə və qəlpə yaraları, yanıqlar və sınıqlar, ağırlaşmış xroniki xəstəliklər. Hərbçilərdən ən yaşlısının 59, ən gəncinin 21 yaşı var.
 
Mübadilə nəticəsində üç cəsəd - iki əcnəbi və bir ukraynalı qadının cəsədi də qaytarılıb.
 
Miri Məcidli