Qaynar xətt:

(+99450) 247 90 86

Baxmutda əsirlər azad edildi

Baxmutda əsirlər azad edildi

DÜNYA

283

25.05.2023, 16:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna müdafiəçiləri Baxmut şəhəri istiqamətində döyüşlər nəticəsində əsir düşən 106 ukraynalı hərbçini mübadilə ilə azad ediblər.

Oxu24.com “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, azad edilənlərdən 8-i zabit, 98-i çavuş və əsgərdir: "Onlar Baxmut istiqamətində vuruşublar. Ölkəmizin şərqinə doğru düşmənin irəliləməsinə imkan verməyərək böyük şücaət göstəriblər”.

A.Yermak deyib ki, əsirlikdən qayıdanlar arasında 68 nəfər itkin düşmüş sayılırmış: “Əsirlikdə azad olunan hərbçilərin ən yaşlısının 59, ən kiçiyinin 21 yaşı var”.

 

Miri Məcidli