Qaynar xətt:

(+99450) 247 90 86

Rusların Baxmutdakı itkiləri şok effekti yaratdı —   VİDEO

Rusların Baxmutdakı itkiləri şok effekti yaratdı —   VİDEO

DÜNYA

508

25.05.2023, 12:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rus qoşunlarının Baxmutdakı itkiləri ilə bağlı məlumatlar Rusiya informasiya məkanında şok effekti yaratdı.

Oxu24.com xəbər  verir  ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Baxmutda rus qoşunlarının itkiləri ilə bağlı xəbərlər ətrafında müzakirələr hərbiyönlü informasiya məkanını doldurub.

Məlumatda bildirilir ki, bu xəbərlər şəhərin ələ keçirilməsi ilə bağlı istənilən müsbət xəbəri kölgədə qoyub. Priqojin rusiyalı siyasi strateq Konstantin Dolqova müsahibəsində bildirib ki, “Vaqner” Baxmut uğrunda döyüşlərdə 10 min döyüşə cəlb edilmiş məhkumu və 10 min personalını itirib. Onun Baxmutdakı itkilərlə bağlı açıqlamaları informasiya məkanında xüsusi bir gərginlik nöqtəsi olub və Baxmut ətrafındakı hadisələrdə ən çox müzakirə mövzusuna çevrilib.

 

Miri Məcidli