Fələstinin Qəzza zolağında İsrailə casusluqda ittiham olunan 3 nəfər barəsində edam hökmü çıxarılıb.
Oxu24.com xəbər verir ki, məlumatı Fələstinin “Al-Yum” saytı yayıb.
Fələstinin Daxili İşlər və Təhlükəsizlik Nazirliyi yanında Qəzza Hərbi Məhkəməsi mayın 24-də İsrail hakimiyyəti ilə əlaqəsi olan üç nəfər barədə ölüm hökmü çıxarıb.
Onlardan ikisinin hökmündən apellyasiya şikayəti verilə bilməz. Hökmə əsasən, İsraillə əlaqəsi olan iki nəfər asılaraq edam ediləcək.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR