Qaynar xətt:

(+99450) 247 90 86

Nyu-Yorkdakı Türk Evinə hücum olub

Nyu-Yorkdakı Türk Evinə hücum olub

DÜNYA

283

22.05.2023, 17:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

Oxu24.com  Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, binanın şüşələri sındırılıb.

Hücumu terrorçuların həyata keçirdiyi bildirilir. Məlumata görə, binanın şüşələri dəmir alətlə sındırılıb.

Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.

 

Miri Məcidli