Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89616
az

Paşinyan: Şikayətini geri götürməsini oğlumdan xahiş etməmişəm

14:4422 May, 2023
112
DÜNYA
  • A

Ermənistanda bütün məsələlər qanuni yolla həll edilməlidir.

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında oğlunun “oğurlanması” işi üzrə sualı cavablandırarkən deyib.

Paşinyan mətbuat konfransı zamanı qeyd edib ki, iş üzrə iddianın geri götürülməsi xahişi ilə oğluna müraciət etməyib.

O bildirib ki, bütün məsələlər qanunun tələblərinə uyğun həll olunmalıdır və Baş nazirin fəaliyyətinin məqsədi Ermənistandakı problemləri hüquqi yolla həll etməkdir.

Hamilə Sona Mnatsakanyanın qətli mövzusuna toxunan Baş nazir qeyd edib ki, işin gedişindən xəbərsizdir, lakin o, hər şeyin hüquqi prosedurlar çərçivəsində həll olunacağını gözləyir.

Xatırladaq ki, ötən ilin 26 aprelində Baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən yol polisi maşını hamilə qadın, 28 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb.

Sürücünün avtomobili saxlamayıb hadisə yerini tərk etməsi isə məlum olub.

Polisə qarşı Ermənistan Cinayət Məcəlləsinin 242-ci (nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsinin 2-ci bəndi üzrə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada ağır qəza: Ölənlər var
“Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynanı xilas etmir
Türkiyə Qərbin Rusiyaya qarşı çəkisi rolunu açıqlayıb

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı